NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Heydər Əliyev

           Gürcüstanı, Ukraynanı, Özbəkistanı, Azərbaycanı və Moldovanı əhatə edən GUÖAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin önəmli xidməti olmuşdur. 1999-cu ilin aprelində GUÖAM ölkələri başçılarının Vaşinqtondakı görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçİlmişdir.

          Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının barqərar olması, iqtisadi böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, Azərbaycanda iqtisadiyyatın ilk artım meyllərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi və inflyasiyanın qarşısının alınması, manatın alıcılıq qabiliyyətınin dayanıqlı surətdə sabit saxlanması - ardıcıl prioritet sahələrdir.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsİ, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində 181 beynəlxalq konvensiya və sazişə qoşulmuşdur.

Heydər Əliyevin "İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı Azərbaycan Respublikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratmış, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmış, 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilmiş, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilmiş, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğal olunmuş torpaqlarından bir milyondan artıq soydaşımızın didərgin salınması və çadırlarda qaçqın vəziyyətində yaşamağa məcbur olması, 20 faizdən artıq Azərbaycan ərazisinin Ermənistan silahlı birləşmələrinin işğalı altında qalması və s.  haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində çox böyük, ağır və gərgin iş görmüşdür. Heydər Əliyevin Azərbaycan prezidenti kimi, BMT-nin sessiyalarında, ATƏT-in zirvə toplantılarında çıxışları, Fransa, ABŞ, İngiltərə, Belçika, Almaniya, İran, Türkiyə, Çin, Səudiyyə Ərəbistanı, Misir, Rusiya, Qazaxıstan, Pakistan, Qırğızıstan, Özbəkistan, Yaponiya və başqa ölkələrə rəsmi səfərləri də bu məqsədə xidmət etmişdir.

           Prezident Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ən öncə sülh yolu ilə həll olunmasına tərəfdar olmuş,  Qarabağın azad ediləcəyini əzmlə bəyan etmişdir.

 

GERİ

 

İRƏLİ