English        Azeri                                                      NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Heydər Əliyev

           Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir. Heydər Əliyev 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, general rütbəsinədək yüksəlmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

             Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın (1969) plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi, Mərkəzi Komitənin büro üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın avqust (1969) plenumunda Heydər Əliyevin məruzəsi əsasında respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən olunmuşdur. Bu xətt Heydər Əliyevin məruzə və çıxışlarında inkişaf etdirilərək elmi surətdə əsaslandırılmış, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərarlaşması uğrunda mübariz fəaliyyət proqramı olmuşdur. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının 28-ci (1971, mart) və 29-cu (1976, yanvar) qurultaylarında hesabat məruzələri bu proqramın həyata keçirilməsində mühüm əməli rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın 24-cü (1971, mart-aprel) və 25-ci (1976, fevral-mart) qurultaylarında çıxış etmiş, həmin qurultaylarda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın üzvü seçilmişdir. Heydər Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir.

          SSRİ Konstitusiyası komissiyasının üzvü olan Heydər Əliyev ölkənin yeni Konstitusiyasının hazırlanmasında fəal iştirak etmiş və Konstitusiyanı qəbul edən SSRİ Ali Sovetinin sessiyasında çıxış etmişdir (1977, oktyabr). Heydər Əliyev Azərbaycan Sovet Sosilalist Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın sədri kimi Azərbaycan dilinin Azərbaycan Sovet Sosilalist Respublikasının dövlət dili olması haqqında maddənin respublika konstitusiyasına daxil edilməsinə nail olmuşdur (1977, iyul). Azərbaycan Sovet Sosilalist Respublikasının Ali Sovetinin sessiyasında "Azərbaycan Sovet Sosilalist Respublikasının Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında" məruzə etmişdir (1978, aprel).

 

       

İRƏLİ