NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Heydər Əliyev

           Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, 1992-ci ildən işə başlamış türk ölkələri dövlət başçılarının zirvə toplantılarında müntəzəm olaraq fəal iştirak etmiş, türk xalqlarının birliyi naminə bir sıra dəyərli tədbirlərin həyata keçirilməsinə çalışmışdır. Türk ölkələri dövlət başçılarının 6-cı zirvə toplantısının (2000 il, aprel) Bakıda keçirilməsi və Türk dünyasının böyük ədəbi abidəsinin - "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ilə eyni vaxta düşməsi də bu baxımdan çox əlamətdardır. Heydər Əliyevin rəhbərliyi ilə hər iki tədbirin çox yüksək səviyyədə keçirilməsi və bütün türk xalqlarının əsl bayramına çevrilməsi Azərbaycan Prezidentini həm də çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrətləndirdi.

          Heydər Əliyevin tarixin acı və amansız sınaq dövrlərində dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək toplum halında yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində müstəsna xidmətləri vardır. Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri işləyərkən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da AIi Məclis dekabrın 31-ni Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyi günü elan etmişdi; o, Azərbaycan Respublikasının Prezidenti kimi xarici dövlətlərə rəsmi səfərləri zamanı istisnasız olaraq hər bir ölkədə yaşayan soydaşlarımızın nümayəndələri ilə  görüşlər keçirmiş, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması, onların azərbaycançılıq ideyası altında bir Vətən -Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərmişdir. Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir.  

            Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və İş Adamları Vakfının 1997-ci ilin insan haqqları və ilin dövlət adamı mükafatına, ən nüfuzlu televiziya kanallarından biri - "Nərgiz TV'nin apardığı rəy sorğusuna görə planetimizin siyasi xadimləri arasında "Dünyada ilin adamı" fəxri adına (1997), "İpək Yolu Fondu"nun təsis etdiyi "İpək Yolu Xidmət Mükafatı"na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. Dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə Heydər Əliyev "Qızıl fortuna" Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı - "Qızıl Ulduz" ("Qloriya populi") ilə təltif olunmuşdur (2001).    

            Heydər Əliyev həm də fəlsəfə, tarix, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin himayəçisi idi. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmişdir.

            Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan qocaman sənətkarlara, istedadlı gənc şair və yazıçılara, müxtəlif yaradıcılıq sahələrində ümid verən yeniyetmələrə fərdi təqaüdlər təyin etməsi də mədəniyyətimizin inkişafına Heydər Əliyevin böyük qayğısının bariz nümunələrindəndir.

 

GERİ

 

İRƏLİ