NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Heydər Əliyev

           Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciəti, türk xalqları və dövlətləri arasında əlifba və dil birliyinin təmin edilməsi və bir çox digər sahələrdə coşğun fəaliyyəti Heydər Əliyevə böyük şöhrət gətirmişdir. O, "Elmlər Akademiyasını Azərbaycan xalqının tarixi nailiy-yəti" adlandırmış və respublikada elmin inkişafına daim diqqət və qayğı göstərmişdir; Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası statusu verməklə, bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçivan Bölməsi yaradılmışdir.

          Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət Heydər Əliyevin anadan olmasının 75 və 80 illiyini yüksək təntənə ilə qeyd etmişdir. Respublikamızda və bir sıra xarici ölkələrdə Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi və tərəqqisi naminə titanik fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunmuşdur.

          Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər (1991-93) Muxtar Respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrüdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə Muxtar Respublikanın Ali Məclisi Heydər Əliyevin təşəbbüsü ilə onun adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olunması haqqında qərarlar qəbul etdi. Blokada şəraitində olan Muxtar Respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilirdi. Bu məqsədlə qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı. Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Poldəşt körpüsü inşa edildi. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra respublikanın digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əmin-amanlıq, ictimai-siyasi sabitlik bərqərar edilmiş, iqtisadiyyatın dirçəlişi, sosial-mədəni problemlərin həlli sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır.

 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 12 fevral 1999-cu il tarixli sərəncamında Muxtar Respublikanın gələcək inkişaf perspektivləri müəyyən edilmişdır. Heydər Əliyevin yubiley şənliklərində bilavasitə iştirakı Muxtar Respublikanın hərtərəfli inkişaf proqramının həyata keçirilməsinə yeni güclü impuls vermişdir.

Naxçıvan şəhərində Heydər Əliyevin büstü ucaldılmış (1983), Heydər Əliyev muzeyi (1999) yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncami ilə Naxçivan şəhərində Heydər Əliyev adına Hərbi Litsey (2004) yaradılmışdır. Naxçıvan  Muxtar Respublikasının bütün şəhər, böyük qəsəbə və kəndlərində Heydər Əliyev bağ və parkları, meydanları salınmış, bulaq-abidə kompleksləri, pannolar inşa edilmişdir. Kiyevdə Heydər Əliyev adına  Siyasi Elmlər və Beynəlxalq Münasibətlər İnstitutu fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri və universitetlərində seminarlar keçirilir.

 

GERİ

 

İRƏLİ