Şahtaxtinski
Behbud ağa
(1881,
Şərur rayonunun
Şahtaxtı kəndi. - 30.5.1924, Tiflis)
- diplomat. 1905-1907-ci
illərdə Bakıda kontor
qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində
iştirak etmişdir. 1917-1918-ci illərdə Bakı Soveti
İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti
fövqəladə komissiyasının
üzvü, "Hümmət" təşkilatı Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə
Azərbaycanda sovet
hakimiyyəti qurulandan
sonra (1920) xalq ədliyyə
komissarı, eyni zamanda
Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi.
1920-ci ilin iyul-sentyabrında
Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və
İrandakı vəziyyətlə əlaqədar
V.İ.Leninə ətraflı
məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında
hərbi-iqtisadi ittifaq haqqında
müqaviləni V.İ.Lenin və B.
Şahtaxtinski imzalamışdılar
(1920-ci il, 30 sentyabr).
Kominternin 2-ci konqresinə
nümayəndə seçilmişdi. 1921-1924-cü illərdə
Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan MSSR XKS-nin
sədri, Azərbaycan SSR Xalq FKM komissarı,
Xalq Komissarları Soveti
sədrinin müavini və s. vəzifələrdə çalışmışdır. Naxçıvan
diyarının Azərbaycanın tərkibində
muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan
Moskvavə
Qars
müqavilələrinin
bağlanmasında Şahtaxtinskinin böyük
xidməti olmuşdur. Onun
Naxçıvan məsələsində
Nəriman Nərimanovun adından Moskvada atdığı
addımlar, Rusiya-Türkiyə
danışıqlarında seçdiyi
xətt Naxçıvana Azərbaycanın ayrılmaz
bir hissəsi kimi muxtariyyət statusu verilməsinə
müsbət təsir göstərmişdi. |