NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

İsmayıl xan Naxçıvanski

           Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu (05.01.1819, Naxçıvan-1918, Naxçıvan) - hərbi xadim, general-leytenant. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Kalbalı xan Naxçıvanskinin qardaşıdır. Tiflis hərbi gimnaziyasını bitirmiş (1839), bir il sonra poruçik rütbəsi almışdır. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanskiyə 1844-cü ildə ştabs-kapitan, 1860-cı ildə isə alay komandiri kimi polkovnik rütbəsi verilmişdir. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi sərkərdəlik fəaliyyətinə görə isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülmüşdür. Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan künbəzli hamam tikdirmişdir. Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur. Birinci və    üçüncü    dərəcəli "Müqəddəs Stanislav", üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdur. Rus yazıçısı Valentin Pikul "Bəyazid" tarixi romanında Naxçıvanskinin obrazına müraciət etmiş, onun igidliyindən, əla sərkərdəlik bacarığından söz açmışdır. Naxçıvanskinin adı Sovet Hərbi Ensiklopediyasının birinci cildində də çəkilir, "Bəyazid" şəhəri rus qoşunları tərəfındən mühasirəyə alınarkən gedən ağır döyüşlərə polkovnik Naxçıvanskinin rəhbərlik etdiyi göstərilir. Bəzi tədqiqatlarda Naxçıvanski İsmayıl xan onun qardaşı oğlu olan Hüseyn xan Naxçıvanski ilə qarışıq salınmışdır.