Naxçıvanski
Hüseyn xan Kalbalı xan oğlu
(28.06.1863, Naxçıvan -1919, Petroqrad) -hərbİ
xadim. General-leytenant (1915). Kalbalı
xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin
nəvəsidir. On beş yaşında ikən Peterburqdakı
Paj korpusu məktəbinə verilmiş,
1881-ci ildə oranı əla
qiymətlərlə bitirərək, çarın
xüsusi süvari qoşununda
xidmət etmişdir. Sonralar
Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində
hərbi xidmətdə olan Naxçıvaniyə 1903-cü ildə
polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində
(1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari
alayına komandirlik etmişdir.
Tanınmış rus jurnalisti A. Kvitkanın "Zabaykalye kazak zabitinin
gündəliyi" əsərində Naxçıvaninin alayının döyüş rəşadətindən
də bəhs olunur. 1906-cı ildə leybqvardiya
polkunun komandiri olmuş, 1907-ci ildə
generel-mayor rütbəsinə layiq görülmüşdür.
1912-ci ildə Naxçıvani 1-ci
Əlahiddə süvari briqadasının
komandiri idi. Birinci dünya müharibəsində
1-ci və 2-cİ süvari diviziyalarının komandiri olan Naxçıvani
alman cəbhəsinin yarılmasında
fərqlənmişdir. Rus yazıçısı A. Soljenitsin
"14 avqust" romanında yazmışdır: "Peterburq
zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general
Hüseyn xan Naxçıvanski
komandanlıq edirdi".
Birinci dünya müharibəsi cəbhələrində
qazandığı qələbələrə və
sərkərdəlik məharətinə
gorə 1916-cı ildə Naxçıvaniyə tam süvari qoşunu
generalı rütbəsi
verilmişdİr. Sonralar Cənubi
Qafqaz cəbhəsinin komandanı
təyin edilmiş, Fevral
İnqilabından (1917) sonra hərbi işdən
uzaqlaşmışdır. Müqəddəs
Georgi ordeninin dörd
dərəcəsi ilə, Müqəddəs Vladimir, ikinci
dərəcəli Müqəddəs Aleksandr, Müqəddəs
Anna, İgidliyə görə, İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli Şire-Xurşid, zabitlərə məxsus Rumın
ulduzu, Avstriyanın Dəmir xaç,
Bolqarıstanın Döyüş xidmətlərinə
görə ordenləri, dördüncü dərəcəli, bantlı,
üstü yazılı qızıl sİlahla
təltİf olunmuşdur. Qəbri
Sankt-Peterburqdakı Aleksandr Nevski monastrının
qəbiristanlığındadır. |