Naxçıvani
Hinduşah, ibn Səncər ibn Abdullah
əs-Sahibi əl-Girani ən-Naxçıvani
(1245, Giran - 1328) - tarixçi, dilçi alim, filosof,
ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Bağdadın Müstənsəriyyə mədrəsəsində
oxumuşdur. Naxçıvani 1275-ci ildə qardaşı, Kaşan
hakimi Seyfəddövlə Əmir Mahmudun naibi
olmuş, daha sonra Müstənsəriyyə mədrəsəsində
müdərris işləmişdir. 1289-cu ildə həmin
mədrəsə
üçün Nəcməddİn Katibinin
məntiqə dair "Came
əd-dəqaiq fi kəşf əl-həqaiq" əsərinin
üzünü köçürmüşdür.
Əsrin sonlarında
maliyyə sistemində çalışmış, bir sıra vilayətlərin
hakimi olmuş, görkəmli dövlət xadimi kimi tanınmış və "Fəxr
əd-dövlə" ləqəbi almışdır.
Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın
dost olmuş və Cüveyniyə hörmət əlaməti
olaraq
"Sahibi"' nisbəsini qəbul
etmişdir. Naxçıvani
türk, ərəb, fars, eləcə də pəhləvi (orta fars) dillərini
mükəmməl bilmiş, dərin
məlumata malik
olması, uzaqgörənliyi, ədəbi zövqü ilə
diqqəti cəlb etmişdir. O,
fəlsəfə, nücum, riyaziyyat
və s. elmlərlə də məşğul olmuş, tərcümələr
etmişdir. Müasiri Sədi Şirazi kimi,
fars dilində səlis və gözəl
nəsrin ən yaxşı
nümunələrini yaratmışdır. Naxçıvaninin zəmanəmizədək bir
neçə əsəri gəlib çatmışdır. Onun ərəb
dilində yazdığı "Məvarid
əl-ərab"' antologiyası
1307-ci ildə Təbrizdə
tamamlanmışdır. Ərəb xəlifələrinin
həyatından, dövrlərindən,
onların vəzirlərindən,
Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən
"Təcarüb əs-sələf'
("Sələflərİn təcrübələri") əsəri isə 1324-cü ildə
tamamlanmış və Böyük Lur atabəyi Nüsrətəddin
Əhməd bin Yusif şaha (1295-1330)
ithaf
olunmuşdur.
"Təcarüb əs-sələf əslində,
ərəb alimi İbn Təqtəqinin "Əl-Fəxri" əsərinin
fars diIinə tərcüməsi kimi tanınır. Lakin
Naxçıvani
həmin əsəri fars dilinə səlis tərcümə etməklə
yanaşı, onun bəzi hissələrini atmış, özündən
çoxlu əlavələr etmiş, əsəri təkmİlləşdirmiş və
son nəticədə əsər ərəb variantından 3 dəfə
böyük həcmdə başa çatmışdır. Bu mövzuda
fars dilində yazılmış ən mükəmməl əsər hesab
olunan "Təcarüb əs-sələf”də
müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli
şəxsiyyətlərlə bərabər,
Naxçıvan barədə də
məlumata təsadüf olunur. Muəllif Giranın
Naxçıvan tüməninə, Vənənd
kəndinin isə Girana
aid olduğunu qeyd edir və Vənənddə
Şəmsəddin Məhəmməd Cüveyni
(1225-83) tərəfindən
layiqli xanəgah
tikildiyini və ona
əmlak vəqf olunduğunu göstərir. Naxçıvaninin Naxçıvana olan həsrəti onun həmin diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün
yenidən Nəşəva
(Naxçıvan) torpağına yetirilməsini
təvəqqe edir. Naxçıvaninin
"Sihah ül-əcəm" adlı əsəri farsca-azərbaycanca lüğətdir. 21 bab, 393
fəsildən ibarət bu lüğət 3
hissədən- müqəddimə
(ərəb dilində), lüğət və fars dilinin
qrammatikasından (ərəb
dilində) ibarətdir.
Burada digər lüğətlərə nisbətən ən çox fars
sözü (5117) və onların qarşılığını ifadə edən
təxminən
10.000-ə yaxın Azərbaycan
sözü verilmişdir. Əsər
13-14-cü əsrlərdə Azərbaycan, eləcə də
fars dillərinin leksikasını
və qrammatikasını
öyrənmək üçün
qiymətli mənbədir.
|