NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Bəhruz Kəngərli

           Kəngərli Bəhruz (Şamil) Şirəlibəy oğlu (22.1.1892, Naxçıvan şəhəri - 7.2.1922, Naxçıvan şəhəri) -rəssam, boyakar və qrafik. Azərbaycan rəssamlığında realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması Kəngərlinin adı ilə bağlıdır. Uşaq ikən ciddi xəstələndiyindən ağır eşidən Kəngərli məktəbə gedə bilmir, meylini rəsmə salır, gördüklərini uşaq təxəyyülü ilə kağıza köçürürdü. Tiflisdə Qafqaz İncəsənəti Təşviq cəmiyyətinin nəzdindəki Boyakarlıq və heykəltəraşlıq Məktəbində oxumuşdur 1910-15).    

          Kəngərlinin zəngin bədii irsi qalmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort və s. çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri ("Yaşlı kişi", "Gürcü" və s.), mövzu aktualığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan kişi, qadın, oğlan, qız portretləri canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərərində təbiət gözəllikləri ("Şəlab", 'Dağlıq mənzərə", "İlanlıdağ ay işığında", 'Günəş batarkən", "Ağrıdağ", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Əshabi-kəhf dağı" və s.), mədəniyyət abidələri ("Mömünə Xatun türbəsi"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunmuşdur. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

           Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" (2001, 22 may) qərarına müvafiq olaraq Naxçıvan şəhərində muzeyi yaradılmışdır.