NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Nəcməddin Naxçıvani

         Naxçıvani Nəcməddin ibn Əhməd ibn Əbubəkr ibn Məhəmməd (?, Naxçıvan şəhəri. -1253-cü ildən sonra, Suriya, Hələb) - müsəlman Şərqində tanınmış Azərbaycan filosofu. Naxçıvanda təhsİl almış, elmin bütün sahələrini mükəmməl öyrənmişdir. Ömrünün müəyyən hissəsini Azərbaycanda yaşamış, Marağa rəsədxanasında çalışmışdır. Ərəb alimi İbn əl-İbri (Əbü-1 Fərəc; 1226-1286) "Müxtəsər tarix əl-düvəl" ("Dövlətlərin müxtəsər tarixi") əsərində Naxçıvani haqqında yazırdı: "O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərin bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu". Naxçıvani doğma yurdunu, çox güman ki, siyasi şərait üzündən tərk etməli olmuşdur. Bir müddət Əmir Cəlaləddin Qaratayın vəziri işləyən filosof yuxarı dairələrdəki haqsızlığın, ədalətsizliyin bilavasitə şahidi olduqda ətrafında baş verən ictimai-sİyasi hadisələrə biganə qala bilməmiş, etiraz əlaməti olaraq saray həyatını tərk edərək Hələbə getmiş, ömrünün axırlarında guşənişin həyat keçirmişdir. İbn əl-ibri yazır: "O, ölkələri səyahətə çıxdı, xeyli gəzib dolaşdı, axırda Ruma gəldi, böyük mənsəblər tutdu".

         Naxçıvaninin elmi və fəlsəfİ yaradıcılığı orta əsr müəllifləri tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb müəllifi İbn Bibi onu "bütün elmlərdə və fənlərdə dalğalı dənizə və yağışlı buluda" bənzətmiş, dini və dünyəvi elmləri özündə topladığını qeyd etmişdir. Naxçıvani peripatetik fəlsəfənin problemlərini dərindən araşdırmış, məntiqə və təbiətşünaslığa böyük əhəmiyyət vermişdir. Ərəbdilli peripatetizmİn, onun görkəmli nümayəndəsi İbn Sinanın əsərlərinin fəal təbliğatçılarından sayılmasına baxmayaraq, bir sıra doktrinaları tənqidi planda nəzərdən keçirmişdir. Naxçıvani İbn Sinanın "Tibb qanunu" və "İşarələr və qeydlər" kitablarına şərhlər yazmışdır. İnsan öləndən sonra nəfsin yaşamasına inanan Naxçıvani Şərq peripatetiklərinin əksinə olaraq, mənbələrdə deyildiyİ kimi, "tənəsüx təliminə güclü meyl göstərirdi". O, İbn Sinanın əsərlərini ortodoksal islam mövqeyindən təftiş etməmiş, əksinə, hakim ideologiyanın prinsiplərinə heç də uyğun gəlməyən bir təlimi - tənəsüxü qəbul etməklə peripatetiklərə tənqidi yanaşmışdır. Əsərlərinin əlyazma nüsxələri dünyanın müxtəlif arxivlərində, o cümlədən "Tibb qanunu" kİtabının şərhi Paris Milli kitabxanasında, "İşarələr və qeydlər" kitabına şərh Türkiyənin Ayasofiya, Nur Osmaniyyə və Köprülü kitabxanalarında, ''Məntiqin məğzi və fəlsəfənin xülasəsi" risaləsi Nəcəf (İraq) şəhərindəki Əl-Məşhəd əl-Əlvin əlyazmalar fondunda saxlanılır.