NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Heydərqulu xan Kəngərli

           Heydərqulu xan Kəngərli ( ?-1763/64)- Naxçıvan Xanı [1763-1764]. Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək,  xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi. Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Haci xan Kəngərli keçdi.