Əliyev İlham Heydər oğlu 1961-ci il dekabr ayının 24-də Bakı
şəhərində anadan olmuşdur.
Azərbaycanın görkəmli ictimai-siyasi
və dövlət xadimi, diplomatdır. Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitunu (MDBMİ) bitirmişdir (1982). Tarix elmləri
namizədidir (1985). 1982-ci ildən əmək fəaliyyətinə başlamış,
MDBMİ-də aspirant, müəllim olmuşdur. 1991-ci ildən Moskvada "Oriyent'"
şirkətinin baş direktoru vəzifəsində işləmişdir. 1994-cü ildə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici
iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin olunmuşdur,
1997-2003-cü illərdə ARDNŞ-in birinci vitse-prezidenti
vəzifəsində çalışıb. 2003-cü ilin avqust ayından həmin ilin
oktyabr ayının 15-dək Azərbaycan Respublikasının baş naziri olub.
İlham Əliyevin respublikada quruculuq işlərinin başlanmasında,
iqtisadi islahatların həyata keçirilməsində, müstəqil
Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin
möhkəm-lənməsində, xüsusilə neft-qaz yataqlarının birgə
işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi
müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft
kəməri haqqında müqavilənin bağlanmasında və
gerçəkləşdirilməsində, ümumiyyətlə, Azərbaycan Respublikasının
neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri
vardır. Neft strategiyasının həyata keçirilməsi, 21 neft
müqaviləsinin imzalanması nəticəsində xarici şirkətlər
1994-2000-ci illərdə Azərbaycana 800 milyon ABŞ dolları
məbləğində bonus vermişdir. Azərbaycanın neft sektorunda 30
mindən artıq yeni iş yeri açılmışdır.
İlham
Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin
(AMOK) prezidentidir. Uşaqların, yeniyetmə və gənclərin idmana
cəlb olunmasında, respublikada idmanın inkişafı üçün şərait
yaradılmasında, Azərbaycan idmançılarının mötəbər Beynəlxalq
yarışlarda uğurlar qazanmasında AMOK-un prezidenti kimi onun
böyük xidməti var. Bakıda idmançılar və olimpiyaçılar üçün ən
yüksək dünya standartlarına cavab verən böyük idman kompleksi
tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza yaradılmış,
Naxçıvanda, Gəncə, Quba,
Şəkidə və
s.
yeni, iki salondan ibarət idman kompleksləri inşa olunmuşdır.
AMOK-un məqsədyönlü fəaliyyəti sayəsində 2000-ci ilin
sentyabrında Sidneydə (Avstraliya) XXVII Olimpiya oyunlarında
Azərbaycan idmançıları böyük uğur - 2 qızıl və 1 bürünc medal
qazanmış, oyunlarda iştirak edən 198 dövlət arasında 34-cü yeri
tutmuşdur.
Siyasi xadim kimi
İlham
Əliyev beynəlxalq aləmdə
böyük
hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin
başçısı kimi ABŞ, İngiltərə, Türkiyə, Avstraliya və s. ölkələrdə
keçirilən bir çox beynəlxalq və regional konfrans və
konqreslərin iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.
Ölkədə demokratik islahatlar aparılmasında, demokratik və hüquqi
dövlət quruculuğunda, Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin möhkəmləndirilməsində uğurlu xidmətlər göstərən
İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) I qurultayında
(1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə
mövqeyini dəstəkləyən bir sıra
yeni təsis olunmuş birinci müavini vəzifəsinə seçilmişdir.
Müstəqil Azərbaycan
Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa
Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan
Parlamenti daimi nümayəndə heyətinin başçısı (2001 ildən), sonra
isə bu nüfuzlu Beynəlxalq təşkilatın vitse-prezidenti və büro
üzvü seçilmişdir. Azərbaycan haqqında, xüsusilə Ermənistanın
ölkəmizə hərbi təcavüzü və onun faciəli nəticələri, erməni
terrorizmi haqqında həqiqətlərin bu mötəbər beynəlxalq təşkilat
vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidməti
var. AŞPA məhz onun bu təşkılatın sessiyalarındakı sarsılmaz
məntiqə söykənən dərin məzmunlu çıxışları əsasında
Azərbaycanın |