NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Həsən Abdullayev

          Abdullayev Həsən Məmmədbağır oğlu (20-08.1918-ci il,  Culfa rayonunun Yaycı kəndi -01.09.1993-cü il Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) - fizik. Fizika-riyaziyyat elmləri doktoru. SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1970). Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. (1967; müxbir üzvü 1955). Azərbaycan Respublikası əməkdar elm xadimi (1974). Azərbaycan Dövlət mükafatı laureatı (1972). Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki Azərbaycan Pedaqoji Universiteti) fızika-riyaziyyat fakültəsini (1941) və Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat İnstitunun aspiranturasını (1948) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat (1950, 1957-58) və Fizika (1959-1968) institutlarının direktoru, Azərbaycan Milli Elmlər Akademiyası fızika-riyaziyyat və texnika bölməsının akademik katibi (1968-1970) və Azərbaycan Milli Elmlər Akademiyası prezidenti (1970-1983) olmuşdur. Abdullayev selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunların əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi təcrübələr qazanmışdır. Abdullayevin rəhbərliyi ilə bir sıra cihazlar yeni fiziki prinsipdə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır. Termoelektrik çeviricilər üçün Abdullayevin aldığı yarımkeçirici materiala ABŞ və Fransanın patentləri verilmişdir. O, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaratmışdır. Abdullayevin təşəbbüsü ilə 1956-cı ildə Bakı Dövlət Universitetində yarımkeçiricilər fizikası kafedrası təşkil edilmişdir. Abdullayev SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti yanında "Yarımkeçiricilər fizikası və kimyası" elmi şurasının üzvü, respublika "Fizika problemləri" elmi şurasının və "Bilik" Cəmiyyəti İdarə Heyətinin sədri, elm və texnika sahəsində Azərbaycan Respublikası Dövlət Mükafatları Komitəsinin sədri idi. 11 monoqrafıyanın, 300-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. ABŞ (1961, 1972). Fransa (1957, 1971, 1976), Böyük Britaniya (1962). Yaponiya (1966), İsveç (1971) və s. ölkələrdə keçirilən beynəlxalq elmi məclislərdə məruzələr etmiş, Türkiyədə (1974) yarımkeçiricilər fizikasına dair mühazirələr oxumuşdur. Abdullayevin "Elektron yarımkeçiriciləri və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir. SSRİ Ali Sovetinin (8-11-ci çağırış) deputatı olmuşdur. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, SSRİ Elmlər Akademiyasının S.İ.Vavİlov adına qızıl medalı ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstituna onun adı verilmişdir. İnstitutun binasının önündə onun barelyefi olan xatirə lövhəsi vurulmuşdur, Naxçıvanda adına küçə və məktəb var.