Nəimi,
Şəhabəddin Fəzlullah Təbrizi Astabadi
(təqribən 1339-40-1402-ci
illər) - mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın
və Orta Şərqdə geniş yayılmış
hürufilik təriqətinin
əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi
əsasını təşkil edən ardıcıl
panteizmin başlıca
müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə"
traktatlarında, qismən
"Novmnamə" ("Yuxular
haqqında") əsərlərində
və "Divan"ında şərh etmişdir. Başlıca
əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər allahın Fəzlullahda
təcəssüm etdiyinə,
onun allahın timsalı kimi yerdəki ədalətsizliyi
aradan qaldıracağına inanırdılar.
Mənbələrdəki məlumatlara görə
hürufiliyi təbliğ
etdiyi və hakim dairələrə qarşı kəskin
siyasi mübarizə apardığı üçün
Teymurilər Nəimini
Əlincə qalasına qədər təqib etmiş, əmir
Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam
edilmişdir.
|