NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Nəsrəddin Tusi

       Nəsirəddin Tusi Məhəmməd ibn Məhəmməd ibn Həsən (17.2.1201, Tus - 25.6. 1274, Bağdad) - ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin tərəfdarı) qəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin mənada Mövla demişlər. İlk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazənaməsi verilmişdir.

       Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi Nasirəddin Möhtəşəmin dəvəti ilə İsfahana getmiş, rəğbətlə qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür. Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır

       Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox kitabı olan zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt - hicri tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı.

          Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274-1338) "Dəhnamə" məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiddin Həsənə ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın (1587-1629) oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı 17-ci əsrdə Ordubadda tikilmiş böyük cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur.

          Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin "İmamətə dair traktat" ("Risab fı-1-imamə") və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsirəddin Tusi "Cəbr və qədr" traktatında insanın iradə azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında İbn Sinanın "İşarələr və qeydlər" kitabının şərhinə həsr olunmuş "Problemlərin  

       

İRƏLİ