NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Heydər Əliyev

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, respublikada ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilməklə yanaşı, yeni-yeni istehsal istiqamətlərinin yaradılması yolunda çoxşaxəli fəaliyyətin əsası qoyulmuşdur; iqtisadiyyatın sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsinə, norma və qaydalara ciddi əməl edilməsinə, əmək və ictimai-siyasi fəallığın artırılmasına, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsinə nail olmaqla yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdü. Nəticədə, 1970-80-ci illərin birinci yarısı respublikada ictimai-iqtisadi və sosial-mədəni həyatda sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur.

Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız keçmiş SSRİ məkanında deyil, həmçinin dünyada tanıdılması üçün əlindən gələni etmişdir.

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı seçilmiş, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuş, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüşdür.

1970-80-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın və SSRİ Ali Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Almaniya, Vyetnam, KXDR, Rumıniya, Yuqoslaviya, İtaliya, Misir, Suriya və Hindistanda olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın Siyasİ Bürosunun və şəxsən Baş katib M. S. Qorbaçovun yeritdiyi səhv xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş və müxalif mövqe tutmuşdur.

          Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmişdi. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Heydər Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

 

 

GERİ

 

İRƏLİ