Heydər Əliyev 1991-1993-cü
illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali
Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev
birinci sessiyadakı (fevral, 1991) çıxışında Vətənin ağır və
çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu
yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa
gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet İttifaqında, eləcə
də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil
edərək, cəmiyyəti dərindən düşündürən mühüm prinsipial fikirlər
söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın
səbəbləri, onların aradan qaldırılması yolları ilə bağlı
qətiyyətli mövqeyini bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin
səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını
gostərərək demişdir: "Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə
olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, partiya və dövlət
hakimiyyətini ələ keçirmiş
Qorbaçovdur".
Heydər Əliyev Azərbaycan Ali Sovetinin 7 mart 1991-ci il tarixli
sessiyasında SSRİ rəhbərliyinin müttəfiq respublikaları guya
yeni ittifaq yaratmağa dəvət təklifi ilə bağlı referendumda
iştirak edib-etməmək məsələsi barədə qətiyyətli mövqeyini belə
ifadə etmişdir: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün
referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm.
Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə
getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır". Heydər
Əliyevin rəhbərliyi altında SSRİ-nin qorunub- saxlanması üzrə
keçirilən referendum Naxçıvan Muxtar Respublikasında boykot
edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk
dəfə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunmuş, rus
sovet qoşun hissələri buradan çıxarılmış, 20 Yanvar faciəsinə
hüquqi və siyasi qiymət verilmiş, Naxçıvan müstəqillik və milli
dövlət quruculuğu nümunələri göstərərək, xalqda ümid
yaratmışdır.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərdiyi müddətdə, bütün Azərbaycan xalqı, ümumrespublİka üçün
taleyüklü məsələlərdə, daim qətiyyətlilİk
nümayiş etdirilmişdir: Naxçıvan Muxtar Respublika Ali Məclisinin
qərarı (26 avqust 1991-cı il) ilə Sovet İttifaqı Komunist
Partiyasınin tərkib hissəsi kimi Azərbaycan Kommunist Partiyası
Naxçıvan Vilayət Komitəsinin və onun bütün strukturlarının ləğv
edilməsi, Naxçıvan Muxtar Respublikasında sabitliyin, demokratik
dövlət quruculuğunun formalaşması Heydər Əliyevin siyasi
təcrübəsinin və
iradəsinin nəticəsində əldə olunmuşdur. Azərbaycan xalqı 1993-cü
ilin may-iyununda dövlət
böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun
kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin
hakimiyyətə gətirilməsİ tələbi ilə ayağa qalxdı, bu, əsl mənada
milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları
onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev
iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun
24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi. Oktyabnn 10-da andiçmə mərasimində
Heydər Əliyev xalqa müraciət etdi: "Belə bir yüksək və
məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə,
Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu
vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki,
bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".
|