NAXÇIVAN  TARİXİ  ŞƏXSİYYƏTLƏR  DİYARIDIR

    Heydər Əliyev
    İlham Əliyev
    Zərifə Əliyeva
    Əcəmi Naxçıvani
    Nəcməddin Naxçıvani
    Hinduşah Naxçıvani
    Nəsrəddin Tusi
    Məhəmməd Naxçıvani
    Fəzlullah Nəimi
    Həsən Əliyev
    Yusif Məmmədəliyev
    Həsən Abdullayev
    Heydərqulu Kəngərli
    İsmayıl Naxçıvanski
    Hüseyn Naxçıvanski
    Cəmşid Naxçıvanski
    Məhəmməd Şahtaxtinski
    Behbud Şahtaxtinski
    Məhəmməd Tağı Sidqi
    Cəlil Məmmədquluzadə
    Hüseyn Cavid
    Məmməd Səid Ordubadi
    Bəhruz Kəngərli

                                                                                                                          Heydər Əliyev

 

Nəsrəddin Tusi

həlli" ("Həll əl-müşkilat"), "Kəlamın təcridi" ("Təcrid əl-kəlam"), "İqtibasın əsası" ("Əsas əl-iqtibas") ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda "Problemlərin həlli" traktatının 13 və 17-ci əsrlərə aid əlyazması nüsxələri vardır. Nəsirəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir. Nəsirəddin Tusi varlığı ilk səbəb və nəticə timsalında qisimlərə bölüb, onlar arasında zaman fərqinin olmadığını göstərmiş, mümkün varlığı, o cümlədən maddi aləmi əzəli və əbədi saymışdır. Filosofun varlıq təlimində materiya və formanın vəhdəti, hərəkətin kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə növləri, zaman və başqa fəlsəfi kateqoriyalar riyazi və təbii-elmi fikirlərdən misallarla hərtərəfli və dərindən işıqlandırılmışdır. Nəsirəddin Tusi "Problemlərin həlli" traktatında sxolast Fəxrəddin Razinin (1148-1210) İbn Sinaya qarşı qərəzli müddəalarını təkzib etmiş, peripatetik filosofa haqq qazandırmışdır. Nəsirəddin Tusinin idrak nəzəriyyəsində idrak prosesinin hissi və əqli mərhələləri elmi şəkildə şərh edilmiş, hisslər vasitəsilə şeylərin zahiri cəhətlərinin, əqllə isə onların mahiyyətinin dərk olunduğu göstərilmişdir. Filosofun məntiq təlimində təfəkkür formaları və onların növləri xüsusi araşdırılır.

         Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri əsas etibarilə 1235-ci ildə Nəsirəddin Möhtəşəmin şərəfinə yazılmış "Əxlaqi-Nasiri" əsərində əksini tapmışdır. Ümumi fəlsəfı məsələlərə də müəyyən yer verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların "ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi" zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şerlərin də müəllifidir. Nəsirəddin Tusinin dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri təkcə tarixilik baxımından deyil, bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.

          Nəsirəddin Tusinin riyaziyyat, astronomiya və fizika sahələrində misilsiz xidmətləri vardır. "Zic Elxani" əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta 17-ci əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti (51"4) tapılmışdır (müasir qiyməti 51"2). "Zic Elxani" əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və 13-cü əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir. X. Kolumbun müəllimi P. Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda (1652) və Oksfordda (1711) ərəb və latın dillərində çap edilmişdir. 1266-cı ildə Marağa rəsədxanasına gəlmiş azərbaycanlı mühəndis Kəriməddin Səlmasi alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl coğrafı qlobusu hazırlamışdır. Nəsirəddin Tusinin "Təhriri-öqlidis" ("Evklidin şərhi") əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb (1594) və latın (17 əsr) dillərində nəşr olunmuş, fransız riyaziyyatçısı A. Lejandrın, ingilis riyaziyyatçısı C. Vallisin və italyan alimi C. Sakkerinin işlərinə böyük təsir göstərmişdir. Nəsirəddin Tusi bu əsərdə və "Həndəsənin əsasları"nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin "Kürə və silindr" və "Dairənin kvadratlanması" əsərlərindəki nisbətlər nəzəriyyəsini Nəsirəddin Tusi inkişaf etdirmişdir. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir

 

GERİ

 

İRƏLİ